26 Nisan 2015 Pazar

Nəticələrimiz

Araşdırmalarımızın sonunda belə nəticəyə gəldik ki, uşaqların  kompüter mövzusunda məlumatları artdıqca, texnologiyaya qarşı daha müsbət bir fikir oyanır. Bu da onların gələcək həyatlarında əhəmiyyətli bir rol oynayacaq.
Yaxşı təhsil proqramları; uşaqların əsas bacarıqlarını -oxuma, yazma kimi- inkişaf etdirmələrinə köməkçi olur və yaradıcı düşünmə kimi bacarıqlarını inkişaf etdirmələrini də təsirli ola bilər.



Dəyərləndirmə

Bloqumuz haqqında fikrinizi bildirin.                                                                                                        Bloqumuzda daha hansı məlumatları görmək istərdiniz?
Bloqumuzda təklif və iradlarınızı yazardız.

19 Nisan 2015 Pazar

Kompyuter haqqında hər şey

XX əsrin ən böyük kəşflərindən biri hesab edilən kompüter texnologiyası böyük bir sürətlə inkişaf edərək, cəmiyyətin inkişafetdirici qüvvəsinə, elmi-texniki, iqtisadi tərəqqinin, ictimai-siyasi münasibətlərin, bir sözlə həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu gün dünyamızı kompütersiz təsəvvür etmek demək olar ki, mümkün deyil. Artıq bütün sahələrdə kompüterin istifadəsi bizim gündəlik işimizə çevrilmişdir.


Kompüterlərin yaranmasından yetmiş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu müddət ərzində onlar çox böyük sürətlə inkişaf etmişdir. Bu inkişaf yolu kompüterlərin istehsalında, həcmində və funksionallığında özünü açıq şəkildə büruzə verir. Kompüterlər, yalnız hesablama əməliyyatı aparmağa qadir olan, istehsalı və istismarı böyük xərc tələb edən böyük həcmli cihazlardan, kütləvi istehsal edilən, çox funksiyalı və maya dəyəri az olan, kiçik ölçülü cihazlara çevrilmişdir. Kompüterlərin sürəti, böyük həcmli informasiyaları qəbul etmək, saxlamaq və emal etmək qabiliyyəti kəskin surətdə yüksəlmişdir.
İstifadəçi kompüterlərdə tələb olunan məsələləri həll etmək üçün dəqiq başlanğıc informasiyalar, səhvsiz alqoritm və səmərəli proqram təminatına malik olmalıdır. Belə proqramların yaradılması isə kompüter texnikasının arxitekturasını və funksional imkanlarını, alqoritmik dilləri bilməyi və proqramlaşdırma vərdişinə malik olmağı tələb edir.
Bəs kompüter nədir?
Kompüter, istifadəsidən aldığı məlumatlarla məntiqi hesablamalar aparan, hesablamaların nəticəsini saxlaya bilən, saxladığı məlumatlara istənilən vaxt yenidən işlənə bilinən bir elektron maşındır.
Kompüterlər müvafiq proqram təminatı vasitəsilə rəqəmli informasiyanın yaradılmasını, emal edilməsini, etibarlı saxlanılmasını və operativ mübadiləsini təmin edən universal qurğudur. Başqa sözlə, kompüterlər informasiya ilə işləmək üçün nəzərdə tutulmuş proqramla idarə olunan elektron qurğulardır.
Kompüterlər sürətli təkamül yolu keçmişlər və bu gündə təkmilləşməkdə davam etməkdədirlər.


Kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən işlənib verilmişdir. Həmin prinsiplər əsasında 1946-cı ildə ABŞ-ın Pensilvaniya ştatında Con Mokli və Presper Ekkertin rəhbərliyi altında ENIAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix kompüterlərin yaranma tarixi hesab olunur. Lakin, qeyd etmək lazımdır ki, bir sıra ədəbiyyatlarda ilk kompüterin 1943-cü ildə məhşur alim Allan Turinqin rəhbərliyi altında Böyük Britaniyada yaradıldığı və ikinci dünya müharibəsində alman məxfi məlumatlarının “oxunması” üçün istifadə edilən «Collos» kompüterinin olması iddia olunur. Lakin əksər alimlər «Collos» kompüterinin texniki imkanlarının zəif olması səbəbindən onu yalnız kompüter yaradılmasında atılan önəmli addımlardan biri hesab edərək, “kompüter erasının” məhz ENIAC kompüterilə başlandığını qəbul edirlər.